Bank Of Baku

«Paşa Bank» ötən il fond bazarına sərmayələrini 86% artırıb

«Paşa Bank» ötən il fond bazarına sərmayələrini 86% artırıb
# 05 mart 2011 14:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC-nin qiymətli kağızlar üzrə investisiya portfelinin həcmi 2011-ci ilin yanvarın 1-nə 156,5 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin sonuna olan göstərici ilə müqayisədə 86% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu «Paşa Bank»ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

F.Axundovun sözlərinə görə, ötən il ərzində bankalararası yerləşdirmələr və qalıqlar 54% artaraq 74,6 mln. manata, həmçinin, xəzinədarlıq əməliyyatlarından əldə olunan qeyri-faiz gəlirlərinin həcmi 2,1 dəfə artaraq 4,1 mln. manata çatıb.

F.Axundov bildirib ki, hesabat ilinin sonuna bankın ticarətin maliyyələşdirilməsi portfelinin həcmi 37 mln. manat təşkil edib ki, bu da 2009-cu ilə nisbətən 32% çoxdur. «Eyni zamanda, ticarətin maliyyələşdirilməsi üçün aparıcı Qərb bankları tərəfindən «Paşa Bank» üçün ayrılan kredit xətlərinin həcmində 29% artım olub», - deyə bankın sədri qeyd edib.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Bank» 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivləri 509,074 mln. manat, depozit portfeli 388,601 mln. manat, kredit portfeli 194,860 mln. manat, məcmu kapitalı 132,284 mln. manat, o cümlədən nizamnamə kapitalı 115,4 mln. manat təşkil edib. Hazırda bankın 6 bankomatı və 56 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR