Bank Of Baku

İngiltərədə yeni böhran başlaya bilər

İngiltərədə yeni böhran başlaya bilər
# 05 mart 2011 14:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Böyük Britaniyada bank islahatları həyata keçirilməsə yeni maliyyə böhranı yaşana bilər. «APA-Economics»in məlumatına görə, bunu «The Daily Telegraph» qəzetinə müsahibəsində İngiltərə Bankının başçısı Mervin Kinq bildirib.

M.Kinqin fikrincə, ölkənin bank sistemində hələ də natarazlıq müşahidə olunur və o, artıq genişlənməyə başlayıb. Bunun səbəbi kimi kredit təşkilatlarının müştərilərlə uzunmüddətli münasibətlərin qurulması əvəzində tez bir zamanda mənfəət əldə etmək istəyidir.

Bundan əlavə M.Kinq yenidən maliyyə qurumlarını menecmentə milyonlarla bonusların ödənilməsində günahlandırıb.
Xatırladaq ki, bu, İngiltərə Bankı tərəfindən yeni böhranın başlanması ehtimalı ilə bağlı səsləndirilən ilk xəbərdarlıq deyil. Oxşar bəyanatla Bank 2010-cu ilin avqustunda çıxış edib və həmin vaxt bildirilib ki, ipoteka kreditlərinə görə əmlak bazarında «köpüklər» yaranır və bu səbəbdən ipoteka kreditlərinin həcmi ilə bağlı məhdudiyyətlər tətbiq olunmalıdır.
Qeyd edək ki, dünya maliyyə və iqtisadi böhranına görə Böyük Britaniya iqtisadiyyatı tarixdə ən uzunmüddətli geriləmə dövrü keçirir. Ölkə iqtisadi artıma yalnız 2010-cu ilin ilk rübündə nail ola bilib ki, bu da müddət baxımından digər Avropa ölkələri ilə müqayisədə ən pis göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR