Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda 8% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu yanvarda 8% azalıb
# 07 mart 2011 08:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 94 ölkəsi ilə 2 165 788,77 min ABŞ dolları həcmində ticarət əməliyyatları aparıblar. «APA-Economics»in məlumatına görə, ötən ilin yanvarı ilə müqayisədə ticarət əməliyyatlarının ümumi həcmi 20,86% artıb.

Yanvarda xarici ölkələrə 1 572 799,75 min dollarlıq mal ixrac edilib ki, bu da 2010-cu ilin eyni dövründən 10,1% çoxdur. İdxal isə 592 989,02 min dollar təşkil edib və ötən ilin yanvar göstəricisini 62,98% üstələyib.

Yanvar ayında ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 979 810,7 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə müsbət saldo 7,93% azalıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yanvar ayında ölkədə xarici iqtisadi fəaliyyətlə 1 821 şəxs məşğul olub ki, bunlardan 522-si fiziki şəxs, 1 299-u hüquqi şəxs olub. Bunlardan 91-i dövlət sektorunda, 1 208-i özəl sektorda fəaliyyət göstərən hüquqi şəxslər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR