Bank Of Baku

Avropa Yaxın Şərq ölkələrinə yardım üçün yeni “Marşall planı” hazırlanmasını təklif edir

Avropa Yaxın Şərq ölkələrinə yardım üçün yeni “Marşall planı” hazırlanmasını təklif edir
# 07 mart 2011 09:00 (UTC +04:00)
Bakı - APA-Economics. İtaliyanın xarici işlər naziri Franko Frattini Şimali Afrika ölkələri ilə iqtisadi əlaqələri yaxşılaşdırmaq, eləcə də Liviyada və qonşu ölkələrdə təhlükəsizliyin təmin olunması üçün yeni “Marşall planı” hazırlanmasını təklif edib.

APA-Economics”in xəbərinə görə, Avropa Parlamentinin iclasında çıxış edən İtaliyanın baş diplomatı Avropa İnvestisiya Bankını (AİB) adı çəkilən regionda sabitliyin təmin olunması üçün sərmayə qoymağa çağırıb.

Öz növbəsində AİB-in prezidenti Filipp Mayştadt bəyan edib ki, bank Şimali Afrikanın kiçik və orta biznes müəssisələrini dəstəkləmək üçün yaxın 3 il ərzində 6 mlrd. avro ayırmağa hazırdır, lakin buna Avropa Birliyinin razılığı lazımdır.

Qeyd edək ki, “Marşall planı” İkinci Dünya müharibəsindən sonra ABŞ-ın ağır iqtisadi vəziyyətdə olan Avropa ölkələrinə yardımı etməsi məqsədilə hazırlanıb. 1947-ci ildə ABŞ dövlət katibi Corc K.Marşall tərəfindən irəli sürülən planın həyata keçirilməsində Qərbi Almaniya da daxil olmaqla 17 Avropa ölkəsi iştirak edib. 12,4 mlrd. dollara başa gələn sənəd ABŞ-ın Avropada mövqelərinin möhkəmlənməsi ilə nəticələnib. “Marşall planı”nın icrasına 1960-cı illərin ikinci yarısında son qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR