Bank Of Baku

Azərbaycanın Cənubi Qafqaz regionunun iqtisadiyyatında payı 71%-i keçib

Azərbaycanın Cənubi Qafqaz regionunun iqtisadiyyatında payı 71%-i keçib
# 07 mart 2011 10:19 (UTC +04:00)
Azərbaycan İqstiadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2001-2003-cü illərdə Azərbaycan iqtisadiyyatının regionda payı 52% təşkil edirdisə, artıq 2005-ci ildə bu göstərici 54%-ə, 2006-cı ildə 60%-ə, 2007-ci ildə 63%-ə, 2008-ci ildə 67%-ə, 2009-cu ildə 71%-ə, 2010-cu ildə isə 71,5%-ə çatıb.

Cənubi Qafqaz regionunun digər ölkəsi olan Gürcüstan iqtisadiyyatının region iqtisadiyyatındakı payı isə son 10 il ərzində 13,5 faiz bəndi azalıb. Belə ki, əgər 2001-ci ildə bu ölkənin iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatında payı 29% təşkil edirdsə, 2010-cu ildə bu göstərici 15,5%-ə düşüb.

Ermənistan iqtisadiyyatına gəlincə, bu ölkənin iqtisadiyyatının regiondakı payı son 10 il ərzində 7 faiz bəndi azalaraq 2010-cu ildə 13% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR