Bank Of Baku

İTM: Azərbaycanda illik inflyasiya 14%-i keçib

İTM: Azərbaycanda illik inflyasiya 14%-i keçib
# 07 mart 2011 11:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 10 regionunda 2011-ci ilin fevral ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayı ərzində Azərbaycanda istehlak qiymətləri 2,32% artıb. Bu zaman Bakıda qiymətlər 2,62%, regionlarda isə 2,02% artıb. İllik müqayisədə isə ölkədə 14,05% inflyasiya qeydə alınıb.

Fevralda ən çox bahalaşma ərzaq məhsulları üzrə ölkədaxili dəmiryol, sərnişindaşıma nəqliyyatı (86,56%), toyuq yumurtası (39,95%), doğranmış çəkidə sümüklü mal əti (14,42%), kök (8,06%), qeyri-ərzaq məhsullarından 585 əyarlı qızıl üzükdə (11,98%), ən çox ucuzlaşma qeyri-ərzaq məhsullarından oyuncaq maşınlar (15,44%), kişi üçün sviterlər, puloverlər (13,75%), saç üçün şampunlar (9,87%), xidmətlərdən gəlinlik donunun kirayəsində (7,53%) qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR