Bank Of Baku

«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını 50% artırıb

«Alfa Sığorta» şirkəti nizamnamə kapitalını 50% artırıb
# 07 mart 2011 13:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Alfa Sığorta» ASC nizamnamə kapitalını 50% artıraraq 4,5 mln. manata çatdırıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Direktorlar Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.
X.Məmmədxanlının sözlərinə görə, yeni səhm emissiyasının (adi adlı sənədsiz səhmlər) ümumi həcmi 1,5 mln. manat, bir səhmin nominal dəyəri 1000 manat, səhmərin ümumi sayı isə 1 500 ədəd olub
X.Məmmədxanlı bildirib ki, əlavə səhm emissiyasının 1/3 hissəsi şirkətin 2010-cu ildə əldə etdiyi xalis mənfəət, 1 mln. manat isə təsisçi hesabına ödənilib.
Xatırladaq ki, səhmdarı (100%) «Texnikabank» ASC olan «Alfa Sığorta» 1997-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 2,324 mln. manat, sığorta ödənişləri isə 0,288 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR