Bank Of Baku

Azərbaycanda dövlət xəttilə əhaliyə ayrılan ipoteka kreditlərinin həcmi fevralda 70% artıb

Azərbaycanda dövlət xəttilə əhaliyə ayrılan ipoteka kreditlərinin həcmi fevralda 70% artıb
# 07 mart 2011 14:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda dövlət xəttilə əhaliyə 5,5 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib. Bu, yanvar ayında verdiyi kreditlərdən 67% artıqdır.

Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 256,9 mln. manata çatıb. Nəticədə, martın 1-ə Azərbaycanda adambaşına düşən ipoteka kreditlərinin həcmi 28,2 manata çatıb. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəhəm 27,2 manat, fevralın 1-də 27,6 manat olub.

Fevralda AİF tərəfindən 5,8 mln. manatlıq kredit yenidən maliyyələşdirilib, bununla da fondun ay ərzində təkrar maliyyələşdirdiyi kreditlərin həcmi həmin ay verilən kreditləri üstələyib. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 186,9 mln. manatı və ya 72,75%-i təkrar maliyyələşdirilib. Ötən ay dövlət büdcəsindən AİF-ə 0,8 mln. manat məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, hesabat ayında İpoteka Fondu 3 mln. manatlıq istiqraz buraxıb. Ümumilikdə, bu il fondun 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulub. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə bu il 14 mln. manat olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR