Bank Of Baku

Azərbaycan bank sistemi üzrə məcmu kapital azalıb

Azərbaycan bank sistemi üzrə məcmu kapital azalıb
# 07 mart 2011 14:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2011-ci ilin fevralın 1-nə 1 894,2 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 148,1 mln. manat və ya 8,5% artıb.

Eyni zamanda, cari ilin əvvəlinə nisbətən bankların məcmu kapitalının həcmi 2,9 mln. və ya 0,2% azalıb.

Məcmu kapitalın strukturunda nizamnamə kapitalı və bölüşdürülməmiş mənfəət olduğuna görə, onun azalması həmin komponentlərin azalması hesabına baş verə bilər. Lakin nizamnamə kapitalı sabit və azalmaya məruz qala bilməyən göstərici olduğuna görə, məcmu kapitalın azalması yalnız bölüşdürülməmiş mənfəətin azalması səbəbindən baş verə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR