Bank Of Baku

Azərbaycanda nağd dollarla əməliyyatlar artıb

Azərbaycanda nağd dollarla əməliyyatlar artıb
# 07 mart 2011 14:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarından 2011-ci ilin yanvar ayı ərzində alınan nağd dollar kütləsinin həcmi 419,8 mln. dollara bərabər olub ki, bu da 2010-cu ilin yanvar göstəricisindən 16,8% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklar vasitəsi ilə nağd dolların satış həcmi isə yanvarda 102,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin yanvarına nisbətən 31,9% azdır.

Beləliklə, yanvarda ötən ilki tendensiya dəyişib. Xatırladaq ki, nağd dollarla əməliyyatları üzrə 2009-cu ildə müşahidə olunan artım tendensiyası 2010-cu ildə azalma ilə əvəz olunub və bunun əsas səbəbi ölkədə konvertasiya əməliyyatlarına tələbatın azalması ilə bağlı olub. Bu isə öz növbəsində həm ölkədaxili işgüzar fəallığın, həm də pərakəndə idxalın azalmasının nəticəsidir. Bundan əlavə, Azərbaycana müxtəlif yollarla daxil olan dollar kütləsinin azalması da nağd bazara təsir göstərib. Xüsusən, neft ixrac edən ölkələrin, o cümlədən Azərbaycanın valyuta bazarında fəallığı və əməliyyatların həcmi neft ixracından ölkəyə daxil olunan valyutanın həcminə və onun dinamikasına mütənasibdir. Bununla bağlı neft ixracı ilə bağlı valyutanın ölkəyə daxil olan həcminin 2011-ci ilin yanvarında ötən ilin yanvarına nisbətən artması nəticəsinə gəlmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR