Bank Of Baku

«Paşa Həyat» sığorta şirkəti investisiya portfelini diversifikasiya edəcək

«Paşa Həyat» sığorta şirkəti investisiya portfelini diversifikasiya edəcək
# 07 mart 2011 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Həyat» sığorta şirkəti 2011-ci il ərzində banklarda yerləşdirdiyi depozitlərin həcmini 30% artıraraq 4 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov bildirib.

M.Rüstəmovun sözlərinə görə, hazırda şirkətin bank depozitlərinin ümumi həcmi 3 mln. manata yaxındır: «Mövcud vəziyyətdə şirkət gəlirlərini banklara ancaq depozit kimi yerləşdirilir. Növbəti illərdə şirkət qiymətli kağızlar bazarına da investisiya yatırmaq planları var. Belə ki, gələcəkdə şirkət gəlirlərinin bir hissəsini ipoteka qiymətli kağızlarına yönəltmək niyyətindədir».

M.Rüstəmov qeyd edib ki, bu məsələnin şirkətin səhmdarlarının iclasında müzakirə edilməsi planlaşdırılır.

Qeyd edək ki, «Paşa Həyat» sığorta şirkəti 2010-cu ilin noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci ilin fevralın 14-də verilib. Şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin sədr müavini Niyaz İsmayılov, Təftiş Komissiyasının sədri isə Ülviyyə Cabbarovadır. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 7 mln. manat, sığorta yığımları isə 450 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR