Bank Of Baku

İİN süni qiymət artımına qarşı mübarizə aparır

İİN süni qiymət artımına qarşı mübarizə aparır
# 07 mart 2011 19:41 (UTC +04:00)
Bakı-APA. Son zamanlar istehlak bazarında bəzi ərzaq mallarının qiymətinin artması müşahidə olunur. Novruz Bayramı ilə əlaqədar tələbatın yüksəlməsi qiymət artımı meyllərini gücləndirib. Araşdırmalar göstərir ki, bir sıra hallarda qiymət artımı dünya bazarında ərzaq mallarının qiymətinin artması ilə bağlı olsa da, bəzi hallarda süni qiymət artımı hesabına baş verir. Bu barədə APA-ya İqtisadi İnkişaf Nazirliyindən göndərilmiş press-relizdə deyilir.
“Belə halların qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir sıra tədbirlər həyata keçirir. Belə ki, Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi olaraq monitorinqlər aparılır, qiymət artımının səbəbləri araşdırılır və müvafiq tədbirlər görülür. Görülmüş tədbirlər nəticəsində artıq bir sıra mallar üzrə qiymətlərin aşağı düşməsi müşahidə olunur. Belə ki, son günlər yerli istehsal olan qarğıdalı və günəbaxan yağının, şəkər və şəkər tozunun qiymətində 5%-dək, sitrus meyvələrinin qiymətində isə 15-20%-dək ucuzlaşma qeydə alınıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, tədbirlər mütəmadi olaraq davam etdiriləcək və bir daha xəbərdarlıq edir ki, qiymətlərin süni şişirdilməsi, qiymətlərlə manipulyasiya hallarına yol verən istehsalçılar, idxalçılar və ticarət obyektləri barədə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək”, deyə məlumatda bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR