Bank Of Baku

Azərbaycanda sığortaçılar üçün növbəti imtahan keçirilib

Azərbaycanda sığortaçılar üçün növbəti imtahan keçirilib
# 09 mart 2011 06:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçirdiyi sonuncu imtahanın nəticələrini açıqlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, test imtahanında iştirak etmiş 13 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 11 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 24 nəfər fiziki şəxslərdən isə 7 nəfər imtahandan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, imtahanda iştirak edənlərin çox hissəsi şirkətlərdə İdarə Heyətinin üzvü vəzifəsinə iddialı namizədlər olub.

Xatırladaq ki, imtahan «Sığorta fəaliyyəti haqqında» qanun və Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR