Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırır

«Azərbaycan Sənaye Bankı» nizamnamə kapitalını artırır
# 09 mart 2011 07:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Azərbaycan Sənaye Bankı» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 9,430 mln. ədəd, emissiyanın ümumi həcmi isə 1,886 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Azərbaycan Sənaye Bankı»nın artıq mart ayında yeni səhm emissiyasının yerləşdirilməsinə başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 8,5% artaraq 24 mln. manata çatacaq.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə «CI Bank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Cari ilin yanvarın 1-nə bankın aktivləri 129,950 mln. manat, depozit portfeli 97,248 mln. manat, kredit portfeli 72,039 mln. manat, məcmu kapitalı 25,908 mln. manata, o cümlədən nizamnamə kapitalı 22,114 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR