Bank Of Baku

«Fitch» agentliyi «Kapital Bank»ın reytinqini təsdiqləyib

«Fitch» agentliyi «Kapital Bank»ın reytinqini təsdiqləyib
# 09 mart 2011 09:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Kapital Bank» ASC-nin uzunmüddəlti reytinqini «B+» səviyyəsində, reytinq üzrə proqnozu isə «sabit» kimi təsdiqləyib. «APA-Economics»in xəbər verdiyi kimi, Agentliyin məlumatında deyilir ki, bu reytinq dərəcəsinin təsdiqi ilk növbədə ölkənin bank sistemində vacib rol oynayan «Kapital Bank»ın ehtiyac yarandığı halda hökumətdən dəstək almasının mümkünlüyü ilə bağlıdır.

Agentlik qeyd edir ki, «Kapital Bank» pensiya və digər sosial müavinətlərin ödənilməsi prosesində çox fəl iştirak edir ki, bu amil də qiymətləndirmə zamanı nəzərə alınıb. Bundan başqa bildirilir ki, Bank hökumət tərəfindən maliyyələşdirilən yol tikintisi layihələrinə də cəlb olunub ki, bununla da onun ümumilikdə iqtisadiyyatı rolu daha da artır.

Ümumilikdə isə bildirilir ki, bankda aktivlərin kəskin artması, bununla paralel onların keyfiyyətinin zəifləməsi müşahidə olunur. Eyni zamanda deyilir ki, hazırda Bankın kapitallaşması və likvidliyi adekvat səviyyədədir.

Agentlik bildirir ki, «Kapital Bank» Azərbaycanın ikinci ən iri bankıdır və onun aktivləri və pərakəndə depozitlər bazarında payı təxminən 6%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR