Bank Of Baku

«Fitch» agentliyi «Access Bank»ın reytinqini təsdiqləyib

«Fitch» agentliyi «Access Bank»ın reytinqini təsdiqləyib
# 09 mart 2011 11:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Access Bank» QSC-nin uzunmüddətli reytinqini «BB+» səviyyəsində, reytinq üzrə proqnozu isə «sabit» kimi təqdiqləyib. «APA-Economics»in xəbər verdiyi kimi, Agentliyin məlumatında deyilir ki, reytinqin bu səviyyədə təsdiq edilməsi bankın ehtiyac yarandıqda xarici səhmdarlarından dəstək almasının mümkünlüyünü əks etdirir. Qeyd edək ki, «Access Bank»ın səhmdarları sırasında Almaniya İnkişaf Bankı (KfW – reytinq AAA/proqnoz «sabit», bankda olan payı 20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBDR - AAA/sabit, 20%), Beynəlxalq Maliyyə Korporasiyası (IFC - AAA/sabit, 20%) var.

Bankın səhmdarlar üçün strateji vaciblik baxımından mövqeləri möhkəm olmadığına görə həmin dəstəyin vaxtında alınması barədə Agentlikdə əminlik olmadı üçün, reytinq Azərbaycanın «BBB-» səviyyəsindəki suveren reytinqindən bir pillə aşağı səviyyədə təsdiqlənib.

Bankın qitmərləndirilməsində onun aktivlərinin kəskin artması ilə bağlı müəyyən narahalıqların olması, eyni zamanda hazırda müşahidə olunan aktivlərin yüksək keyfiyyəti, möhkəm likvidlik və kapitallaşma kimi amillər əksini tapıb.

«Access Bank» Azərbaycanda 2002-ci ildə mikromaliyyələşmə üzrə ixtisaslaşmış maliyyə institutu kimi yaradılıb. «Fitch Ratings»in qiymətləndirməsinə görə, bank ölkə bankları sırasında aktivlərin həcminə görə 7-ci, kreditlərin həcminə görə isə 6-cı yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR