Bank Of Baku

İTM: Bu il Azərbaycanda illik inflyasiya 11,2% olacaq

İTM: Bu il Azərbaycanda illik inflyasiya 11,2% olacaq
# 09 mart 2011 11:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) 2011-ci il üçün Azərbaycanda gözlənilən illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb. «APA-Economics»in məlumatına görə, İTM-in İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib ki, İTM bu il üçün inflyasiyanı 11,2% səviyyəsində proqnozlaşdırır: «Ötən il isə faktiki inflyasiya 11,45% təşkil edib».

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2011-ci ildə inflyasiyanın 5-7% olacağını proqnozlaşdırır, 2010-cu ildə isə 3-5% olacağını bildirirdi. Dövlət Statistika Komitəsinin 2010-cu il üzrə hesabatına əsasən, ötən il ölkədə inflyasiya 5,7% olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR