Bank Of Baku

Azərbaycanda sığorta sahəsinə aid konfrans keçiriləcək

Azərbaycanda sığorta sahəsinə aid konfrans keçiriləcək
# 09 mart 2011 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Martın 16-da Bakıda «Azərbaycanın sığorta bazarının inkişafı: problemlər və perspektivlər» mövzusunda konfrans keçiriləcək.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) «APA-Economics»ə verilən məlumata görə, konfrans Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və ASA tərəfindən təşkil olunur. Konfransda Azərbaycanın sığorta bazarı, o cümlədən həyat sığortası növləri üzrə xidmətlər, həmçinin «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiqindən sonra mövcud vəziyyət müzakirə olunacaq.

Tədbirdə yerli və xarici sığortasılarla yanaşı sahibkarların da iştirakı gözlənilir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 27 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR