Bank Of Baku

Azərbaycanda əsas kapitala investisiyalar ötən il 21% artıb

Azərbaycanda əsas kapitala investisiyalar ötən il 21% artıb
# 09 mart 2011 12:15 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda 2010-cu ildə əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmi 9 715,2 mln. manat təşkil edib. Bu, 2009-cu ilin analoji göstəricisi ilə müqayisədə 21,2% çoxdur.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, əsas kapitala yatırılmış investisiyanın 6 767,6 mln. manatı və ya 69,7%-i qeyri-neft sektoruna, 2 947,6 mln. manatı və ya 30,3%-i neft sektoruna yönəldilib. Ötən il ölkə üzrə investisiyanın böyük hissəsi sənaye kompleksi, nəqliyyat sektoru və anbar təsərrüfatının payına düşüb – müvafiq olaraq 42,5% və 24,6%. Daşınmaz əmlakla əməliyyatlara 9,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa 4,6%, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat sahəsinə 3,7% investisiya yatırılıb. İnvestisiyaların 3,4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 2,4%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikllərin təmirinə, 1,8%-i informasiya və rabitə sektoruna, 1,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinə xərclənib.

Eyni zamanda, yaşayış təşkili və ictimai iaşəyə 1,7%, tikintiyə 1,5%, təhsilə 1,2%, inzibati və yardımçı xidmətlərin göstərilməsinə 0,6%, peşə elmi və texniki fəaliyyətə 0,2%, maliyyə və sığorta fəaliyyətinə 0,1% sərmayə yatarılıb. İnvestisiyaların 0,5%-i digər sahələrə yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR