Bank Of Baku

Azərbaycan son 17 ildə beynəlxalq təşkilatlar və donor ölkələrlə 9 mlrd. dollarlıq 142 kredit sazişi imzalayıb

Azərbaycan son 17 ildə beynəlxalq təşkilatlar və donor ölkələrlə 9 mlrd. dollarlıq 142 kredit sazişi imzalayıb
# 09 mart 2011 12:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan 1994-2010-cu illər ərzində beynəlxalq maliyyə-kredit təşkilatları və donor ölkələri ilə ümumi məbləği 8,920 mlrd. ABŞ dolları olan 142 kredit sazişi imzalayıb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, kreditlər əsasən ölkədə həyata keçirilən infrastruktur layihələrin icrasına yönəldilib və sözügedən layilərin 73-ü artıq başa çatıb, digərləri isə icra olunmaqdadır.

«Cari ilin yanvarın 1-nə istifadə edilən ümumi kreditlərin məbləği 4,670 mlrd. dollar təşkil edib ki, bu da həmin dövrə imzalanmış bütün kredit sazişləri əsasında ayrılan 8,920 mlrd. dollar məbləğində ümumi kreditlərin təqribən 52,3%-nə bərabərdir», - deyə Nazirlər Kabinetindən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR