Bank Of Baku

«Parabank» Novruz Bayramına həsr olunmuş xeyriyyə aksiyası keçirib

«Parabank» Novruz Bayramına həsr olunmuş xeyriyyə aksiyası keçirib
# 09 mart 2011 13:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC sosial cavabdehlik prinsipini əsas tutaraq «Sevin, Sevindirin» adlı layihəsi çərçivəsində Novruz Bayramı ilə əlaqədar 13 saylı İnternat Məktəbinin uşaqları üçün «Azərbaycan» kinoteatrı ilə birlikdə xeyriyyə aksiyası keçirib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, uşaqlara «Shrek forever» cizgi filmi nümayiş etdirilib. Bununla yanaşı, bank tərəfindən uşaqlara müxtəlif hədiyyələr, sərinləşdirici içkilər və cərəzlər hədiyyə olunub.

Qeyd edək ki, Novruz Bayramında daha bir tədbir Heydər Əliyev sarayında keçiriləcək. «Parabank»ın kollektivi mütəmadi olaraq uşaq evlərində, həmçinin qocalar evində bayram şənlikləri keçirir, onlara sovqatlar aparır və köməklik məqsədilə maddi dəstək göstərir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın aktivlərinin həcmi 108,638 mln. manat, kredit portfeli 73,418 mln. manat, depozit portfeli 63,775 mln. manat, məcmu kapitalı 13,141 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib.

Bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 137 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR