Bank Of Baku

Azərbaycan ötən il beynəlxalq maliyyə təşkilatları ilə 1,131 mlrd. dollarlıq 5 kredit sazişi imzalayıb

Azərbaycan ötən il beynəlxalq maliyyə təşkilatları ilə 1,131 mlrd. dollarlıq 5 kredit sazişi imzalayıb
# 09 mart 2011 13:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan beynəlxalq maliyyə-kredit təşkilatları ilə müxtəlif layihələrin maliyyələşdirilməsi məqsədilə 1 131,3 mln. ABŞ dolları məbləğində 5 kredit sazişi imzalayıb.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən kreditlər əsasən ölkə iqtisadiyyatının prioritet sahələrinə – infrastrukturun bərpası və yenidən qurulmasına, həmçinin sosial sahələrin inkişaf etdirilməsi layihələrinin həyata keçirilməsinə yönəldilib.

Hesabat ilində Azərbaycan Dünya Bankından 241,6 mln. dollar, İslam İnkişaf Bankından 198,4 mln. dollar, Çexiyanın «Komercni Banka» və «Ceska Exportni Banka» banklarından müvafiq olaraq 380,4 mln. dollar və 284,4 mln. dollar, OPEC Beynəlxalq İnkişaf Fondundan 26,5 mln. dollar kredit cəlb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR