Bank Of Baku

Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb

Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb
# 09 mart 2011 14:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2011-ci ilin yanvar ayı ərzində əhali tərəfindən banklar vasitəsi ilə satılmış nağd avro kütləsinin həcmi 14,214 mln. avro, alış həcmi isə 74,567 mln. avro təşkil edib. Azərbaycan Mərləzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar ayı ilə müqayisədə satış həcmi 3,8 dəfə artıb, alış həcmi isə 26,5% azalıb. Ümumilikdə isə, nağd avro ilə əməliyyatların həcmi illik müqayisədə 15,6% azalıb.

Azərbaycanda nağd avro ilə əməliyyatların həcminin dinamikasına bir sıra amillər, xüsusən də subyektiv amillər təsir etdiyinə görə, burada hər hansı dəqiq səbəb söyləmək çətindir. Belə ki, nağd avro ilə əməliyyatlar ilk növbədə Avrozona ölkələrinə fərdi, işgüzar və ticarət səfərləri ilə bağlı olur. Bundan başqa, bu valyuta son zamanlar Azərbaycanda yığım valyutası kimi mövqelərini möhkəmləndirib. Ümumilikdə isə, nağd avroya marağın tədricən yenidən azalması müşahidə olunur. Bunu ilk növbədə onun alışının azalması və satışın kəskin artması da təsdiqləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR