Bank Of Baku

«Business Insider»: 18 ölkə müflisləşmə təhlükəsi ilə üzləşə bilər

«Business Insider»: 18 ölkə müflisləşmə təhlükəsi ilə üzləşə bilər
# 09 mart 2011 14:14 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, 18 ölkənin daxil olduğu siyahı müəyyənləşdirilərkən xarici borcun məbləği, eləcə də, ölkədəki maliyyə və siyasi sabitlik nəzərə alınıb. Siyahıda ilk yeri Venesuela tutur. Burada neft hasilatı azaldığına görə, hökumətin borclarını qaytarıb-qaytarmayacağı sual altındadır.

Siyahıda ikinci yerdə Yunanıstan qərarlaşıb. Burada hökumətin iqtisadiyyatda tənzimləmə tədbirlərinə cavab olaraq əhalinin etirazları davam edir. Argentina yüksək inflyasiyası ilə üçüncüdür, 4-5-ci yerləri isə bank böhranının nəticələrindən əziyyət çəkən İrlandiya və 2011-ci ildə 20 mlrd. dollar borc ödəməli olan Portuqaliya bölüşür.

Böyük xarici borcu olan və iqtisadi artım sürəti zəifləyən Ukrayna müflisləşmə təhlükəsinə görə 6-cıdır. Qeyd edək ki, Dünya Bankının ekspertləri Ukraynanın xarici borcunun onun ÜDM-in 82%-i qədər qiymətləndiriblər.

Ekspertlərin fikrincə, dünyada müflis olmaq təhlükəsi ilə üzləşə biləcək 7-ci dövlət Dubaydır (hər bir əmirlik müstəqil dövlət kimi qiymətləndirilib). Müflisləşə bilən ölkələrin siyahısına üsyanların bürüdüyü Misir və Bəhreyn, eləcə də siyasi sabitliyin çox zəif olduğu Livan da daxildir. Milli valyutasının kəskin devalvasiyası nəticəsində ağır problemlərlə üzləşmiş Vyetnam da müflisləşmə təhlükəsi olanlar arasındadır.

«Qara siyahı»ya həmçinin Macarıstan, Xorvatiya, Rumıniya, Litva, İslandiya, Bolqarıstan və yüz minlərlə daşınmaz əmlakı satışa çıxarılmış İspaniya da daxildir. Bütün bu ölkələrin bank sektoru, inflyasiya, eləcə də siyasi sabitliklə bağlı problemləri var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR