Bank Of Baku

Forbes dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb

Forbes dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb
# 10 mart 2011 01:54 (UTC +04:00)
Bakı-APA. Meksikalı Karlos Slim 2010-cu ilin yekunlarına görə dünyanın ən varlı adamı titulunu özündə saxlayıb. Bu Forbes jurnalının dərc etdiyi reytinqdən məlum olur.

Slimin var-dövləti 74 milyard dollar həcmində qiymətləndirilir. Bir ilə o var-dövlətini hamıdan çox – təxminən 20 milyard artırıb.

İkinci və üçüncü yerlərdə əvvəlki kimi Microsoft-un yaradıcısı Bill Geyts (56 milyard dollar) və sərmayəçi Uorren Baffet (50 milyard dollar) qərar tutublar.

Telekommunikasiya sahəsində biznes qurmuş Karlos Slim ötən il son 16 il ərzində dünyanın ən varlı insanı olmuş ilk qeyri-amerikalı olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR