Bank Of Baku

Ötən il beynəlxalq təşkilatlar Azərbaycana 30 mln. dollaradək qrant və texniki yardım ayırıb

Ötən il beynəlxalq təşkilatlar Azərbaycana 30 mln. dollaradək qrant və texniki yardım ayırıb
# 10 mart 2011 07:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il Azərbaycanın beynəlxalq maliyyə-kredit təşkilatlarından cəlb etdiyi 1,131 mlrd. ABŞ dolları məbləğində kredit hesabına ölkədə 47 layihənin həyata keçirilməsi davam etdirilib.

Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə kreditlər hesabına elektroenergetika sektorunda 8, nəqliyyat sektorunda 15, su təchizatı, meliorasiya və irriqasiya sektorunda 9, sosial sahələr üzrə 10, kənd təsərrüfatı üzrə 5 layihənin icrası davam etdirilib: «Hesabat ilində, həmçinin, maliyyə xidmətlərinin inkişafı, ədliyyə sisteminin müasirləşdirilməsi, Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun tikintisi layihələrinin yerinə yetirilməsi üzrə işlər aparılıb».

Ötən il müxtəlif donor ölkələr və beynəlxalq maliyyə-kredit təşkilatları tərəfindən birbaşa Azərbaycana 23 layihə və proqram üzrə ümumi məbləği təxminən 28,5 mln. dollar olan qrant və texniki yardımlar ayrılıb.

Azərbaycan, həmçinin, 2010-cu ildə regional çərçivədə həyata keçirilən texniki yardım və qrant layihə və proqramlardan da istifadə edib. Belə ki, hesabat ilində Azərbaycan ümumi məbləği 17,3 mln. dollar təşkil edən 5 regional layihəyə qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR