Bank Of Baku

Çinin ticarət balansının kəsiri 7 illik minimuma çatıb

Çinin ticarət balansının kəsiri 7 illik minimuma çatıb
# 10 mart 2011 07:42 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin ticarət balansının kəsiri son 7 ildə rekord səviyyəyə enərək, cari ilin fevral ayında 7,3 mlrd. dollar təşkil edib.

APA-Economics”in “Sinxua” agentliyinə istinadən xəbərinə görə, yanvar ayında ticarət balansının saldosu müsbət olmaqla 6,5 mlrd. dollar, ötən ilin fevral ayında isə 15 mlrd. dollar səviyyəsində qeydə alınıb.

Hesabat dövründə Çinin ixracatının həcmi bir il əvvəlki göstəriciyə nisbətən 2,4%, idxalın həcmi isə 19,4% artıb.

İlin əvvəlində Çinin ticarət balansı bir qayda olaraq milli Yeni ilin qeyd olunması səbəbindən azalır. Bu səbəbdən müəssisələrin əksəriyyəti ya bağlanır, ya da tam gücü ilə işləmir.

Son illər Çinin ticarət balansının saldosu müsbət olsa da, azalma tendensiyası nümayiş etdirib. 2008-ci ildə bu göstərici 295 mlrd. dollar, 2009-cu ildə 196 mlrd. dollar, ötən il 183 mlrd. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR