Bank Of Baku

Azərbaycanın vergi orqanlarında işə qəbul qaydalarında dəyişiklik edilib

Azərbaycanın vergi orqanlarında işə qəbul qaydalarında dəyişiklik edilib
# 10 mart 2011 08:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bundan sonra bəzi kateqoriyaya aid şəxslər test imtahanlarından keçmədən vergi orqanlarına işə qəbul edilə biləcək.

«APA-Economics»in məlumatına görə, Azərbaycan prezidenti «Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə»yə dəyişiklik və əlavə edilməsi barədə fərman imzalayıb.

Bu dəyişiklikyə əsasən, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər test imtahanlarından azad oluna bilərlər. Bundan başqa, əsasnamədə nəzərdə tutulan yaş həddi də həmin şəxslərə tətbiq edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR