Bank Of Baku

Dünya milyarderlərinin əlində 4,5 trln. dollar sərvət toplanıb

Dünya milyarderlərinin əlində 4,5 trln. dollar sərvət toplanıb
# 10 mart 2011 09:31 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, hazırda reytinqdə 1210 nəfərin adı var ki, onların da orta kapitalı 3,7 mlrd. dollar təşkil edir. Ötən il bu rəqəm 3,5 mlrd. dollar olub.

1200-dən artıq dünya zənginlərinin ümumi varidatı isə 4,5 trln. dollara çatır. Bu, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatının 1/3-nə bərabərdir.

Qeyd edək ki, ötən ilin nəticələrinə görə meksikalı telekommunikasiya maqnatı Karlos Slim 74 mlrd. dollarlıq sərvəti ilə dünyanın ən varlı adamı titulunu özündə saxlayıb. O, 2010-cu ildə varidatını 20 mlrd. dollar artırmaqla həm də ən gəlirli milyarder olub ki, bu artım da çağdaş dünya tarixində rekord sayılır.

İkinci və üçüncü yerlərdə əvvəlki kimi “Microsoft”un yaradıcısı Bill Geyts (56 mlrd. dollar) və sərmayəçi Uorren Baffet (50 mlrd. dollar) qərar tutublar.

“Forbes” Novolipetsk Metallurgiya Kombinatının Direktorlar Şurasının sədri Vladimir Lisini Rusiyanın ən varlı adamı adlandırıb. Ötən il 32-ci yerdə olan V.Lisin 24 mlrd. dollarlıq sərvəti ilə dünyanın 14-cü milyarderi olub. Ümumiyyətlə, Rusiya siyahıda 101 milyarderlə təmsil olunur. 100-dən artıq milyarderi olan digər ölkələr isə ABŞ (400-dən artıq) və Çindir (115).

Yaxın Şərq və Afrika bölgəsində ən çox zənginlər yaşayan ölkələr arasında birincilik Türkiyəyə məxsusdur. Ötən il reytinqdə 28 milyarderlə təmsil olunan Türkiyədə bu il onların sayı 38-ə çatıb. Türkiyə zənginlərinin siyahısına başçılıq edən “Çukurova Holding”in sahibi Mehmet Emin Karamehmet 4 mlrd. dollarlıq sərvəti ilə “Forbes”in reytinqində 268-ci yeri tutur.

Eyni zamanda “Forbes” Moskva şəhərini yenidən “Milyarderlərin dünya paytaxtı” adlandırıb. Bu şəhərdə 79 milyarder yaşayır. Bununla da Moskva 2008-ci ildə itirdiyi titulu özünə qaytarıb. Ötən il “Milyarderlərin dünya paytaxtı” Nyu-York olub.

Qeyd edək ki, “Forbes”in saytında hələlik reytinqin ilk “20-liyi” açıqlanıb. Jurnal dünya milyarderlərinin tam siyahısını yaxın vaxtlarda dərc etmək fikrindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR