Bank Of Baku

Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə sahəsində hüquqpozmalar barədə statistik məlumatlar forması hazırlanıb

Azərbaycanda çirkli pulların yuyulması ilə mübarizə sahəsində hüquqpozmalar barədə statistik məlumatlar forması hazırlanıb
# 10 mart 2011 09:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində milli sistemin tam funksionallığının təmin edilməsi məqsədilə normativ hüquqi bazanın beynəlxalq standartlara uyğunlaşdırılması və təkmilləşdirilməsi tədbirləri çərçivəsində PL/TMM sahəsində hüquqpozmalar barədə statistik məlumatların təqdim olunma forması hazırlanıb. Formanı hazırlayan Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Forma Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi ilə aparılan müzakirələr əsasında razılaşdırılıb, Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Formanın hazırlanmasında məqsəd PL/TMM sahəsində hüquqpozmalar barədə statistik məlumatların mərkəzləşdirilməsi ilə aidiyyəti dövlət orqanlarının işinin effektivliyini təmin etməkdir. «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» qanununa əsasən, Formada müvafiq hüquqpozmalar barədə statistik məlumatlar Milli Təhlükəsizlik Nazirliyi və Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən 6 ayda bir dəfə Maliyyə Monitorinqi Xidmətinə təqdim olunacaq.

«Bununla da, sözügedən statistik Formanın tətbiqi PL/TMM sahəsində hüquqpozmalar barədə müvafiq dövlət orqanları arasında operativ məlumat mübadiləsinin təmin edilməsi baxımından mühüm institusional mexanizm rolunu oynayacaq. Belə bir mexanizmin yaradılması Maliyyə Monitorinqi Xidməti ilə aidiyyəti hüquq-mühafizə orqanları arasında imzalanmış Anlaşma Memorandumunda da nəzərdə tutulub», - deyə Maliyyə Monitorinqi Xidmətindən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR