Bank Of Baku

«AtaSığorta» şirkətinin ödənişləri kəskin artıb

«AtaSığorta» şirkətinin ödənişləri kəskin artıb
# 10 mart 2011 10:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2011-ci ilin yanvar-fevral aylarında topladığı sığorta haqlarının həcmi 916,8 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 146,7 min manata çatıb.

Cari ilin ilk iki ayı ərzində şirkətin ümumi gəlirlərinin həcmi 1,596 mln. manat, ümumi xərcləri isə 1,491 mln. manat təşkil edib. Nəticədə, yanvar-fevral aylarında şirkətin mənfəəti 0,105 mln. manat olub.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər qrupu olan «AtaSığorta» ASC 2004-cü ilin sentyabr ayından fəaliyyət göstərir. Şirkət sığortanın 23 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Cari ilin martın 1-nə şirkətin nizamnamə kapitalı 4,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR