Bank Of Baku

«Dəmirbank» yeni uduş kampaniyası keçirir

«Dəmirbank» yeni uduş kampaniyası keçirir
# 10 mart 2011 10:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC pul köçürmələri üzrə 6 ay ərzində hər ay keçiriləcək yeni uduş kampaniyasına başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində hər ay 16 müştəri pul vəsaiti qazanacaq - 1 nəfər 1000 manat, 5 nəfər 200 manat və 10 nəfər 100 manat məbləğində pul əldə edəcək.

«Dəmirbank»ın istənilən filialında «Western Union», «Coinstar», «Contact», «Blizko», «PrivatMoney», «Bıstraya poçta», «Zolotaya Korona» və ya «Şimşək» sistemi ilə ən azı 300 manat (dollar, avro) və ya 9 000 rubl məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər avtomatik olaraq uduş kampaniyasında iştirak edirlər. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.

Şərtlərə əsasən, pul köçürməsi edən və alan müştərilər aprelin 15-də keçiriləcək tirajda iştirak edir. Belə ki, martda pul köçürən və ya alanlar aprelin 15-də, aprelə köçürmə edən və alanlar isə mayın 15-də keçirilən tirajda iştirak edəcəklər. Bu qayda ilə kampaniya 6 ay davam edəcək.

Qeyd edək ki, «Dəmirbank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) də daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR