Bank Of Baku

«Fitch Ratings» Azərbaycandan ABB-də təkrar kapitallaşma və özəlləşdirmənin aparılması ilə bağlı ciddi addımlar gözləyir

«Fitch Ratings» Azərbaycandan ABB-də təkrar kapitallaşma və özəlləşdirmənin aparılması ilə bağlı ciddi addımlar gözləyir
# 10 mart 2011 10:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi «BBB-» səviyyəsində uzunmüddətli reytinqə malik olan Azərbaycan Beynəlxalq Bankını (ABB) reytinqlərin baxılması üzrə «neqativ» siyahıya (Rating Watch Negative - RWN) daxil edib.

«APA-Economics»in xəbər verdiyi kimi, Agentliyin məlumatında deyilir ki, bu addım Azərbaycan hökumətinin Bankın operativ dəstəklənməsində ciddi qeyri-əminliklə bağlıdır. Belə ki, Agentliyin fikrincə, Bankın təkrar kapitallaşmasında və onun prudensial normativlərə uyğunluğlaşdırılmasında yubanmalar müşahidə olunur.

Bundan başqa, Agentlik Bankın gələcək strategiyası ilə bağlı hökumətdə davam edən müzakirələri nəzərə alıb, xüsusən də bu, Bankın gələcək özəlləşdirilməsinə aiddir.

«Fitch» ABB-nin təkrar kapitallaşmasında ləngimənin onun səhmdarları sırasında olan qeyri-dövlət səhmdarlarının maliyyə çətinlikləri ilə də bağlı olduğunu istisna etmir. Qeyd edək ki, Bankın səhmlərinin 50,2%-i dövlətə (Maliyyə Nazirliyi), 49,8%-i isə hüquqi və fiziki şəxslərə məxsusdur.

Eyni zamanda, Agentlik hökumət tərəfindən Bankın hazırda bazardakı aparıcı və dominant mövqelərinin dəstəkləndiyini vurğulayır. Ötən ilin yekunlarına görə, ABB bank sisteminin məcmu aktivlərinin 40%-nə, depozitlərin isə 24%-nə malik olub. Lakin onun məcmu öhdəlikləri 2010-cu ilin sonuna ÜDM-in 13%-nə, o cümlədən xarici öhdəlikləri ÜDM-in 4%-nə bərabər olub. Bununla bağlı Agentlik gələcəkdə Bankın reytinqinin yalnız bir pillə, yəni «BB+» səviyyəsinə qədər endirilməsini mümkün sayır.

Bununla yanaşı, Agentlik ABB-nin bəzi göstəriciləri üzrə narahatlığını bildirir. Belə ki, Bankın kapitalın adekvatlığının normativdən aşağı olması, vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin 14,4%-ə çatması və onların yalnız 55%-nin ehtiyatlarla təmin edildiyi vurğulanır. Bundan başqa bildirilir ki, 2011-ci ilin sonuna kimi 580 mln. manat həcmində olan və Bankın öhdəliklərinin 12%-ni təşkil edən borclar üzrə ödənişlər aparılmalıdır ki, bunların yenidən maliyyələşdirilməsi vacibdir, çünki həmin vəsaitlərin ödənilməsi likvidliyi aşağı sala bilər.

Məlumatda deyilir ki, «Fitch Ratings» agentliyi hökumətdən Bankla bağlı ciddi addım atmasını gözləyir. Bunların arasında Bankın təkrar kapitallaşması, özəlləşdirmə prosesində irəriləyiş və s. var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR