Bank Of Baku

ABŞ-da investisiya fondları müştərilərin pulunu qaytarmağa başlayıb

ABŞ-da investisiya fondları müştərilərin pulunu qaytarmağa başlayıb
# 10 mart 2011 11:00 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Maliyyə böhranının təkrarlanacağını gözləyən ABŞ-ın iri investorları fondlarına pul qoymuş müştərilərin pullarını qaytarmağa başlayıblar.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, ABŞ-ın ən məşhur investorlarından biri Karl İkan onun fondlarına pul qoymuş müştərilərin pullarını qaytarmağı qərara alıb.

Bu qərar onunla bağlıdır ki, İkan yeni böhranın başlayacağını gözləyir və bazarda yaranacaq qeyri-sabit vəziyyətdə başqasının pulu ilə risk etmək istəmir.

İnvestorlara yazdığı məktubda K.İkan bildirir ki, son iki ildə fond bazarları kəskin artıb, amma indi Yaxın Şərqdəki qeyri-sabitlik nəticəsində vəziyyət dəyişə bilər. Hazırda K.İkanın idarəçiliyində 7 mlrd. dollar vəsait var. Bu məbləğin yalnız 1/4-i kənar investorlara məxsusdur.

Bir qədər əvvəl bəzi hec-fondlar bura pul qoyan investorların pullarını qaytaracaqlarını bildiriblər. Belə ki, 8 mlrd. dolları idarə edən “Shumway Capital Partners” fondunun sahibi Kris Şamvey ötən ay investorların pullarını qaytaracağını elan edib. “Oaktree Capital” idarə etdiyi 10 mlrd. dolların 3 mlrd.-ını qaytarmağı, 3 mlrd. dollarlıq “Level Global” fondunun sahibi Devid Qanek isə ümumiyyətlə, fondu bağlamağı qərara alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR