Bank Of Baku

«Atəşgah Sığorta» şirkəti keyfiyyət menecmenti sistemi üzrə təkrar sertifikatlaşmadan keçib

«Atəşgah Sığorta» şirkəti keyfiyyət menecmenti sistemi üzrə təkrar sertifikatlaşmadan keçib
# 10 mart 2011 13:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah Sığorta» şirkəti Keyfiyyət Menecmenti sisteminin ISO 9001:2008 keyfiyyət standartının tələblərinə uyğun olaraq təkrar sertifikatlaşmanı uğurla başa vurub.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şirkət beynəlxalq sertifikasiya təşkilatı olan «Total Quality Certification Services International Pty Ltd.» tərəfindən ISO 9001:2008 keyfiyyət standartı tələblərinə uyğun, göstərdiyi xidmətlərə nəzarəti həyata keçirmək iqtidarında olan şirkət kimi qiymətləndirilib və təkrar qeydiyyata alınıb.

Xatırladaq ki, «Atəşgah Sığorta» şirkəti 2003-cü ildə Azərbaycanda keyfiyyət menecmenti sistemi üzrə ISO 9001:2000 standartının tələblərinə müvafiq olaraq sertifikatlaşmadan keçən ilk sığorta şirkətidir.

«Atəşgah» şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (63%), «RanExim» şirkəti (27%) və ARDNŞ (10%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 3,7 mln. manat təşkil edir. Şirkətinin 8 ofisi fəaliyyət göstərir. Şirkət 17 könüllü və 4 icbari sığorta xidməti göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 14,57 mln. manat, sığorta ödənişləri isə 5,26 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR