Bank Of Baku

«Qarant Sığorta Agenti» MMC-nin Bakıda yeni filialı açılıb

«Qarant Sığorta Agenti» MMC-nin Bakıda yeni filialı açılıb
# 10 mart 2011 13:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta Agenti» MMC müştərilərə tam sığorta xidmətləri göstərmək üçün Bakı şəhərində «Əhmədli» filialını istifadəyə verib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial M.Hadi küçəsi,20372 ünvanında yerləşir.

Qeyd edək ki, «Qarant Sığorta Agenti» MMC-nin hər kəsin yararlana biləcək xidmətləri sırasına könüllü və icbari sığorta növləri, o cümlədən «Avtomobilin kasko sığortası», «Əmlakın bütün risklərdən sığortası», «Xaricə səfər sığortası» və bu kimi digər xidmətlər daxildir.

«Əhmədli» filialı «Qarant Sığorta Agenti» MMC-nin sayca ikinci filialıdır. İlin sonunadək agentliyin daha 7-8 filialının açılması planlaşdırılır.

Xatırladaq ki, «Qarant Sığorta Agenti» MMC 2009-cu ildən fəaliyyət göstərir, təsiçisi isə «Qarant Sığorta» şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR