Bank Of Baku

Azərbaycanın «Standard Insurance» şirkəti Nəqliyyat Nazirliyini məhkəməyə verib

Azərbaycanın «Standard Insurance» şirkəti Nəqliyyat Nazirliyini məhkəməyə verib
# 10 mart 2011 14:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Standard Insurance» sığorta şirkəti Nəqliyyat Nazirliyinin təsərrüfat şöbəsini məhkəməyə verib. «APA-Economics»in 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə istinadən verdiyi məlumata görə, sığorta şirkəti tərəfindən qaldırılan iddianın əsas mahiyyəti dəymiş zərərin ödənilməsi tələbi ilə bağlıdır.

«Standard Insurance» sığorta şirkətindən «APA-Economics»ə bildirilib ki, şirkət tərəfindən tələb olunan pul reqres ödənişlə bağlıdır. Belə ki, avtomobil qəzası nəticəsində sığorta şirkətində sığortalanan avtomobilə dəymiş ziyan həmin sığorta şirkəti tərəfindən ödənilir, sonradan isə həmin məbləğ ziyan vurmuş avtomobilin sığortaçısından geri alınır.

«Standard Insurance» tərəfindən sığortalı olan ictimai nəqliyyat vasitəsi kimi istifadə olunan avtobus Nəqliyyat Nazirliyinin təsərrüfat şöbəsinin balasında olan avtomobillə toqquşub. Nəticədə, «Standard Insurance» avtobus sahibinə 1 050 manat məbləğində vəsait ödəyib. Məhz cavabdeh tərəfin həmin reqres ödənişdən yayınması səbəbindən məhkəməyə müraciət etmişik», - deyə sığorta şirkətdən bildirib.

Şirkətdən bildirilib ki, bununla bağlı bu gün keçirilən məhkəmə iclasında Nəqliyyat Nazirliyinin nümayəndələri cavabdeh tərəfə məxsus avtomobilin nazirliyin təsərrüfat şöbəsinin balansında olub-olmadığını araşdıracaqlarını bildiriblər. İşlə bağlı növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Xatırladaq ki, təsisçisi «AB Standard» Şirkətlər Qrupu olan «Standard Insurance» şirkəti 2002-ci ilin oktyabrından fəaliyyət göstərir. Şirkətin Bakıda və regionda iki nümayəndəliyi mövcuddur. Bundan başqa, şirkətin Tiflisdə (Gürcüstan) «Standard Insurance Georgia» adlı bir törəmə müəssisəsi də fəaliyyət göstərir. Hazırda şirkət 5 icbari və 24 növ könüllü sığorta xidməti göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR