Bank Of Baku

Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə nisbəti artıb

Azərbaycanda xarici dövlət borcunun ÜDM-ə nisbəti artıb
# 10 mart 2011 14:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, əgər 2003-cü ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,45% təşkil edirdisə, 2010-cu ildə bu göstərici 9,3%-ə bərabər olub.

Xarici dövlət borcunun ÜDM-ə nisbətinin azalması əsasən ölkədə istehsal olunan ÜDM-in 2003-2008-ci illərdə artması ilə əlaqədardır. Belə ki, 2008-ci ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 6,4%, 2009-cu ildə 7,95%, 2010-cu ildə isə 9,3% təşkil edib. Göründüyü kimi, son iki ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2,9 faiz bəndi artıb. Bu göstəricinin artması ölkədə ÜDM-in cari qiymətlərlə azalması ilə əlaqədar olub. Belə ki, 2008-ci ildə Azərbaycanda 46,9 mlrd. ABŞ dolları, 2009-cu ildə 43,02 mlrd. dollar, 2010-cu ildə isə 41,6 mlrd. dollar həcmində ÜDM istehsal edilib.

Qeyd edək ki, 2011-cari ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 3 857,3 mln. dollar təşkil edib, bu isə 2010-cu ilin əvvəli ilə müqayisədə 12,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR