Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda hələ islahatlar aparılmalıdır

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda hələ islahatlar aparılmalıdır
# 10 mart 2011 14:30 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, təqdimat mərasimində çıxış edən AYİB-in baş iqtisadçısı Erik Berqlof (Erik Berglof) qeyd edib ki, artıq qlobal maliyyə böhranının ötüb keçməsinə baxmayaraq, bəzi regionlarda böhran hələ də davam edir: «Avropa regionunda digər regionlara nisbətən böhran arxada qalıb. Hazırda biz özümüzə böhrandan dərs çıxarmalıyıq ki, analoji hal baş verərsə buna hazır olaq».

Böhranın qarşısını alan amillərdən danışan E.Berqlof qeyd edib ki, Avropa ölkələri islahatları davam etdirməli, yerli kapital bazarlarını inkişaf etdirməli və ixracatın gücləndirilməsini təmin etməlidir: «Böhran dövründə regionun bir çox ölkələri islahatları zəif aparıb. Azərbaycana gəldikdə, burada hələ islahatlar aparılmalıdır».

Bundan başqa, AYİB rəsmisi qeyd edib ki, Azərbaycan biznes mühitini daha da yaxşılaşdırmalı, buraya yeni sahələri daxil etməlidir: «Azərbaycan iqtisadiyyatının zəifliyi ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılı olmasındar, ixracatın əsas hissəsini neft məhsullarının təşkil etməsindədir. Məhz buna görə, Azərbaycan üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi aktual məsələlərdəndir. Eyni zamanda, Azərbaycan maliyyə sektorunu bir qədər də dərinləşdirməli, bu sahədə özəl sektorun payını artırmalıdır».

Tədbirdə çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitututunun direktoru Vilayət Vəliyev ölkənin iqtisadi inkişafından, investisiya baxımından cəlbediciliyi barədə faktorlardan danışıb və qeyd edib ki, 2010-cu ildə Azərbaycanın qeyri-neft sektorunda ÜDM-in artımı 7,9%, ÜDM-in strukturunda neft sektorunun payı 55,6%, qeyri-neft sektorunun payı isə 44,4% təşkil edib, özəl sektorun ÜDM-də payı 82%-ə bərabərdir: «Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 2/3 hissəsini təşkil edir».

Qeyd edək ki, tədbirdə həmçinin Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlər və problemlər, ölkənin makroiqtisadi göstəriciləri, struktur islahatları və bu islahatların əhatə etdiyi əsas sahələr barədə məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR