Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı tender keçirir

Azərbaycan Mərkəzi Bankı tender keçirir
# 11 mart 2011 07:43 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) «Azərbaycan Respublikasının bank sistemi üçün yeni Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər»in hazırlanması məqsədi ilə icraçı təşkilatın seçilməsi ilə bağlı açıq tender keçirir.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, tender proseduru aprel ayının 29-da Mərkəzi Bankın inzibati binasında keçiriləcək. İddiaçılar tender təklifi və tender təklifinin bank təminatını aprelin 28-dək, digər tələb olunan sənədləri isə aprelin 19-dək AMB-yə təqdim etməlidir.

Qeyd edək ki, tenderdə iştirak haqqı 200 manatdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR