Bank Of Baku

«Paşa Sığorta» şirkəti nizamnamə kapitalını artırır

«Paşa Sığorta» şirkəti nizamnamə kapitalını artırır
# 11 mart 2011 08:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti nizamnamə kapitalının 50% artırılaraq 30 mln. manata çatdırılmasına dair qərar qəbul edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, qərara əsasən, şirkətin nizamnamə kapitalının artırılması 2010-cu ildə əldə edilmiş mənfəət və şirkətin səhmdarları tərəfindən əlavə kapital qoyuluşu hesabına həyata keçiriləcək. Bununla bağlı qərar səhmdarların son iclasında qəbul olunub.

İclasda həmçinin şirkətin İdarə Heyətinə kapitalın artırılması ilə bağlı lazımi dövlət prosedurlarını həyata keçirmək və nəticələr barədə şirkətin Direktorlar Şurası və Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətini məlumatlandırmaq tapşırılıb.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 20 mln. manat, aktivləri 43 mln. manat təşkil edib. Hazırda şirkət 31 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR