Bank Of Baku

Fars körfəzi ölkələri Oman və Bəhreynə 20 mlrd. dollar maliyyə yardımı ayırır

Fars körfəzi ölkələri Oman və Bəhreynə 20 mlrd. dollar maliyyə yardımı ayırır
# 11 mart 2011 08:44 (UTC +04:00)
Bakı - APA-Economics. Fars körfəzi ölkələri Oman və Bəhreynə 20 mlrd. dollar həcmində maliyyə yardımı ayıracaq.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu məbləğ hazırda kütləvi iğtişaşların davam etdiyi iki ölkə arasında bərabər bölünəcək.

Yardımın ayrılmasında məqsəd Bəhreyn və Omana yaxın 10 il ərzində infrastrukturu inkişaf etdirmək, mənzil problemini həll etmək və işsizliyi azaltmaqda yardım etməkdir. Bu barədə qərar Fars körfəzində əməkdaşlıq üzrə Şuranın tərkibinə daxil olan altı ölkənin (Bəhreyn, Oman, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı və Qətər) xarici işlər nazirləri tərəfindən qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR