Bank Of Baku

Azərbaycanın investisiya xəritəsi hazırlanır

Azərbaycanın investisiya xəritəsi hazırlanır
# 11 mart 2011 11:03 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutu ölkə regionlarının investisiya xəritəsini hazırlamağa başlayıb. Bu barədə «APA-Economics»ə institutunun direktoru İsa Alıyev bildirib.

Onun sözlərinə görə, hazırda investisiya xəritəsinin hazırlanması Gəncə-Qazax, Quba-Xaçmaz zonalarında aparılır: «Hər bir qəsəbənin, kəndin, bələdiyyənin ehtiyaclarını, təbii ehtiyatlarını, su və hava ehtiyatlarını, insan potensialını, insanların yaşayış tərkibini araşdıraraq müəyyənləşdirmişik ki, bura nə qədər investisiya qoymaq olar və bu nə qədər gəlir gətirə bilər».

İ.Alıyevin sözlərinə görə, Gəncə-Qazax zonası üzrə xəritə artıq hazırlanıb, yaxın vaxtlarda hökumətə təqdim olunacaq, digər bölgələr üzərində işlər isə davam edir. Aparılan araşdırma nəticəsində bu bölgədə investisiya baxımından sərfəli sahələr də müəyyənləşdirilib. Bunlar turizm, kiçik sahibkarlıq, xidmət, kiçik sənaye sahələri və s-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR