Ötən il Azərbaycanda satınalma müsabiqələri hesabına 94 mln. manata qənaət edilib
Agentliyin məlumatına görə, yekun protokollarına əsasən, ötən il bağlanan satınalma müqavilələrinin ümumi dəyəri 1 275,704 mln. manat təşkil edib. Bu satınalma predmetinin ehtimal olunan qiymətinin (1 369,7 mln. manat) 93,996 mln. manatına və ya 6,86%-nə qənaət edilməsi deməkdir. Qənaətin böyük hissəsi – 92,56%-i və ya 87 mln. manatı tender üsulu ilə keçirilən satınalmalarda əldə olunub. Kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda 6,989 mln. manata qənaət edilib.
Qeyd edək ki, say etibarı ilə satınalmaların əksəriyyəti (9 762 satınalma) kotirovka sorğusu üsulu ilə (ümumi sayın 89,2%-i) keçirilsə də, onların ümumi məbləği 152 mln. manat və ya ümumi dövlət satınalmalarının cəmi 11,92%-ni təşkil edib.
Dövlət büdcəsinin vəsaiti hesabına aparılan 10 004 satınalmala müsabiqəsində 56,994 mln. manat və ya tender predmetinin ehtimal olunan qiymətinin 4,99%-nə qənaət edilib. Nəticədə, bağlanan müqavilələrin ümumi məbləği 1 084,766 mln. manat təşkil edib. Bundan tender üsulu ilə keçirilmiş satınalmalarda qənaət 50,65 mln. manat və ya 5,08%, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda isə 6,3 mln. və ya 4,4% təşkil edib.
Nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 6 162 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 771, 31 mln. manat təşkil edib, bu zaman tender predmetinin ehtimal olunan qiymətindən 49,3 mln. manata və ya 6,01%-ə qənaət edilib. Respublikanın şəhər və rayonlarının (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatlar tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 3 842 satınalma müsabiqələrində 7,686 mln. manata və ya 2,39%-ə qənaət edilib.
Ötən il beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 23 satınalma üzrə müsabiqə keçirilib. Bu müsabiqələrdə vəsaitin 5,138 mln. manatına və ya 5,65%-ə qənaət olunub. Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına keçirilən 917 satınalma müsabiqəsində 31,86 mln. manata və ya 23,25%-ə qənaət edilib.
Keçən ilin göstəricilərindən məlum olur ki, satınalmalar üzrə keçirilən müsabiqələr sayəsində ən çox qənaət (faiz nisbətində) Dövlət Neft Fondunda (58,33%), Azərbaycan İnvestisiya Şirkəti (52,31%), «Azərenerji» ASC (41,27%) üzrə qeydə alınıb. Dövlət Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» QSC-nin keçirdiyi müsabiqələrdə isə qənaət qeydə alınmayıb.
Maliyyə
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Dünya Bankı: Regional inteqrasiya ölkələrə öz gələcəklərini formalaşdırmağa imkan verir
Xəbər Lenti
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3826 nəfərə çatıb
Kürdəmirdə iki maşın aşıb, xəsarət alanlar var
Fəaliyyətində nöqsan aşkarlanan məktəb direktoru işdən çıxarıldığını əsassız hesab edib, məhkəmə iddiasını təmin etməyib
Yuri Uşakov: Rusiya ABŞ-da Zelenski ilə görüş təşkil etmək üçün heç bir təklif almayıb
NATO Türkiyənin daha bir şəhərində hava hücumundan müdafiə sistemi quraşdıracaq
Putin Kazanda Hakan Fidanla görüşəcək
Azərbaycanla Türk İnvestisiya Fondu arasında əməkdaşlıq müzakirə olunub
Prokurorluq Koçaryanın toxunulmazlığının ləğvi üçün MSK-ya müraciət edib
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçirilir - FOTO
Çempionlar Liqası: "Sabah"ın rəqibi bəlli olub - YENİLƏNİB
Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
“AzerGold” Özbəkistanda qızıl yatağını birgə işləyəcək
Rusiya və Türkiyə Qara dənizdə təhlükəsizlik sahəsində sıx əməkdaşlıq edəcək
FHN-in əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edib
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Xankəndi sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Tramp: İranın nüvə materialını ələ keçirdikdən sonra məhv edəcəyik
ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edəcək
SOCAR-ın vitse-prezidenti: Yeni enerji tələbatı bizi qazdan elektrik istehsalı sahəsinə yönəldib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanı keçirilib
Tramp: İranla əlaqələr normallaşıb, Hörmüz boğazı açıq qalacaq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Zelenski Moskvaya Putinlə görüşə getməkdən imtina edib: Biz oyun oynamırıq
Qubada yolda asfalt örtüyünün çökməsi ilə bağlı tədbirlər görülür- FOTO - YENİLƏNİB
IsDB-nin İllik Toplantıları çərçivəsində Qlobal İslam İqtisadçıları Proqramına start verilib
Xırdalanda 3296 metrlik yeni kanalizasiya kollektoru inşa edilir
Bəzi rayonlara yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşüb
Unibank “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026“nın rəsmi tərəfdaşı olub
Bakıda İİB Qrupunun İllik Toplantıları çərçivəsində İnvestisiya Perspektivləri Forumu keçirilir
FHN Muğan regionunda taktiki-xüsusi təlim keçirib - VİDEO
Cəlal Qasımov: Əmlak sektoru yalnız tikinti deyil, “həyat tərzi” konsepsiyası üzərində qurulmalıdır
Xalid Xalafalla: Halal iqtisadiyyatı investisiya, ticarət və davamlı inkişaf üçün böyük imkan yaradır
Anar Kərimov: Halal iqtisadiyyatı regional inteqrasiyanın güclü hərəkətverici qüvvəsinə çevrilə bilər
Nigeriyalı rəsmi: Halal iqtisadiyyat inkişaf etməkdə olan ölkələr üçün böyük transformasiya imkanı yaradır
Tunis Prezidenti Azərbaycan liderini təbrik edib
"Şımkent Beynəlxalq Terminalı"nın direktoru: Şımkent və Bakı reysi iki dövlət üçün mühümdür
Lavrov: Ukraynanın Aİ-yə daxil olması blokun dağılmasına gətirib çıxaracaq
FTB Ağ Evə dron hücumunun qarşısını alıb, 5 nəfər saxlanılıb
Prezident İlham Əliyev Niderlandın Baş naziri ilə telefon danışığı aparıb