Bank Of Baku

«Bank of Baku» müştərilərə faizsiz kredit kartı təklif edir

«Bank of Baku» müştərilərə faizsiz kredit kartı təklif edir
# 14 mart 2011 14:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC və «İdeal» parfümeriya malları mağazalar şəbəkəsi kreditləşmə sahəsində birgə layihənin icrasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, ölkədə ilk dəfə reallaşdırılan bu cür layihə çərçivəsində istehlakçılar «İdeal» mağazalarından mal almaq üçün 300 manat, 600 manat və 900 manat məbləğində faizsiz kredit kartı ala bilərlər.

Bu kredit layihəsi üzrə heç bir ilkin ödəniş tələb olunmur. Layihənin ilkin mərhələsində yeni xidmət «İdeal»ın endirim kartlarının ən fəal istifadəçilərinə təklif olunacaq. Bundan sonra yeni xidmətin bütün endirim kartlarının sahiblərinə, sonra isə yeni müştərilərə də təklif edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində müştərilərə 36 ay müddətinə «Visa Classic» kartı veriləcək ki, həmin kartla «İdeal» mağazalarındakı POS-terminallar vasitəsi ilə mal alışını ödəmək mümkün olacaq. Kredit üzrə ödənişləri isə 6 ay ərzində bərabər hissələrlə həyata keçirmək lazımdır.

Kartı əldə etmək üçün http://www.bankofbaku.com/ru/ideal.html internet səhifəsində yerləşdirilmiş və ya «İdeal» mağazalarında təqdim edilən müraciət formasını doldurmaq lazımdır. Bankın bütün kampaniyaları haqqında məlumatı 145 telefon nömrəsinə zəng vurmaqla, Bankın veb-saytında (http://www.bankofbaku.com) və ya saytda yerləşən «Online-məsləhətçi» xidməti vasitəsi ilə əldə etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR