Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Yunanıstana növbəti kredit tranşı ayırıb

Beynəlxalq Valyuta Fondu Yunanıstana növbəti kredit tranşı ayırıb
# 15 mart 2011 08:21 (UTC +04:00)
Bakı - APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstana iqtisadiyyatın bərpası üçün 4,1 mlrd. avro həcmində növbəti kredit tranşının ayrıldığını elan edib.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, BVF-nin açıqlamasında Yunanıstanı borc böhranından çıxarmaq üçün bütün zəruri islahatların aparıldığı vurğulanır.

Qeyd edək ki, 2010-cu ilin əvvəlində Yunanıstandan başlayan borc böhranı sonradan avrozonaya daxil olan İrlandiya, Portuqaliya və İspaniyanı da əhatə edib. Ötən ilin may ayında Yunanıstanla Avropa İttifaqı və BVF arasında güzəştli faiz dərəcələri ilə 3 illik kreditləşmə proqramı çərçivəsində 110 mlrd. avro maliyyə yardımının ayrılması haqqında razılıq əldə olunub. Bunun əvəzində Afina büdcə kəsirini ixtisar etmək üçün radikal proqram, o cümlədən vergi və aksizlərin artırılmasını, dövlət qulluqçularının maaşlarının dondurulmasını, 13-cü əmək haqqının ləğvini və s.-i həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR