Bank Of Baku

Son bir ildə «TBC Kredit»in kredit portfelində biznesin xüsusi çəkisi azalıb

Son bir ildə «TBC Kredit»in kredit portfelində biznesin xüsusi çəkisi azalıb
# 20 aprel 2011 14:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «TBC Kredit» bank olmayan kredit təşkilatının kredit portfeli 2011-ci ilin aprelin 1-nə 21 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 11% çoxdur.

Təşkilatdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə təşkilatın müştərilərinin sayı 45% artaraq 2 237-yə çatıb. Kredit portfelində biznes kreditlərinin xüsusi çəkisi 6 faiz bəndi azalaraq 51%, mikro-biznes kreditləri isə 10 faiz bəndi artaraq 30% təşkil edib.

Xatırladaq ki, «TBC Kredit» Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Məlumat üçün qeyd edək ki, 2007-ci ilin dekabr ayından şirkətin səhmlərinin 75%-i Gürcüstanın «TBC Bank»ına, 25%-i isə «ShoreBank International Ltd» (ABŞ) şirkətinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR