Bank Of Baku

Azərbaycan nümayəndə heyəti Aşqabadda səfərdədir

Azərbaycan nümayəndə heyəti Aşqabadda səfərdədir
# 20 aprel 2011 14:58 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan hökumətinin nümayəndə heyəti Aşqabadda səfərdədir.

APA-Economics”in “Turkmeninform”a istinadən xəbərinə görə, səfərin məqsədi iqtisadiyyat və investisiya sahələrində ölkələrarası əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparmaqdır.

Nümayəndə heyətinə İqtisadi İnkişaf Nazirliyinin, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) nümayəndələri daxildir.

Azərbaycan nümayəndə heyətinin üzvləri artıq Türkmənistanın Ticarət və Xarici İqtisadi Əlaqələr, İqtisadi İnkişaf nazirliklərində, Ticarət-Sənaye Palatasında görüşlər keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR