Bank Of Baku

«Unileasing»in mənfəəti I rübdə 38% azalıb

«Unileasing»in mənfəəti I rübdə 38% azalıb
# 21 aprel 2011 08:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unileasing» şirkətinin lizinq portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 29,747 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 7,9% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə lizinq müqavilələrinin ümumi sayı 33% azalaraq 80-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 34% azalaraq 2,753 mln. manata çatıb.

Şirkətdən bildirilib ki, son bir ildə iqtisadiyyata yatırılan investisiyaların həcmi 36,3% azalaraq 2,535 mln. manat, nizamnamə kapitalının həcmi isə sabit qalaraq 1,8 mln. manat təşkil edib.

Qeyd olunan dövr ərzində şirkətin ümumi gəlirləri 3,3% azalaraq 1,150 mln. manat, xərcləri isə 15% artaraq 0,898 mln. manat olub. Nəticədə, şirkətin mənfəəti bu ilin I rübündə 0,252 mln. manat təşkio edib ki, bu da ötən ilin müvafiq dövrünün mənfəəti ilə müqayisədə 38% azdır.

Xatırladaq ki, təsisçisi «UniBank» (66,67%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (33,33%) olan «Unileasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR