Bank Of Baku

«Başak İnam» sığorta şirkəti yeni layihənin icrasına başlayıb

«Başak İnam» sığorta şirkəti yeni layihənin icrasına başlayıb
# 21 aprel 2011 11:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Başak İnam» sığorta şirkəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə «Gələcəyimizi sığortalayaq» adlı layihənin icrasına başlayıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyəti sədrinin köməkçisi Hikmət Allahverdi bildirib.

H.Allahverdinin sözlərinə görə, bununla bağlı hər iki qurum arasında bir il müddətinə əməkdaşlıq müqaviləsi imzalanıb. Layihə çərçivəsində I, II və III kurs tələbələri pulsuz təlimlər, əvəzsiz təcrübə, gələcəkdə iş yeri qazanmaq və digər imkanlar əldə edəcəklər. Layihənin ilkin mərhələsi aprelin sonunda başlayaraq mayın sonunadək davam edəcək. Tələbələr həftədə 2 dəfə olmaqla təlimlər keçəcək, təlimlərin sonunda imtahanı müvəffəqiyyətlə keçənlər sertifikatla təltif olunacaqlar.

H.Allahverdi bildirib ki, bu layihənin həyata keçirilməsində əsas məqsəd tələblər arasında sığorta maarifçiliyinin təbliğatı, tələbələrin sığortaçılıq biliklərinə yiyələnərək gələcəkdə işlə təmin olunma imkanlarının yaradılması, həmçinin tələbələrin özəl sektorda praktiki təcrübə imkanlarının dəstəklənməsidir.

Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə şirkətin nizamnamə kapitalı 3,2 mln. manat təşkil edib. Şirkət müştərilərə 4 icbari və 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR